28 
Yan
2021
12:24
94
11
1469
Virtual karabakh

Tuxel: “Uzun illər komandamda Kantenin olmasını istəmişəm”

28 Yan, 2021
12:24
1469

Tuxel: “Uzun illər komandamda Kantenin olmasını istəmişəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Çelsi”inin yeni baş məşqçisi Tomas Tuxel komandanın sükanı arxasındakı ilk qarşılaşmadan (“Vulverhempton”a qarşı) sonra London klubunun heyəti barədə düşüncələrini səsləndirib.

Bu barədə “Goal” nəşri məlumat yayıb.

“Ən maraqlısı odur ki, komandaya mövsümün ortasında qoşulursan, ancaq artıq Kay Xaverts, Timo Verner və Antonio Rüdiger kimi oyunçularla tanışsan. Mən uzun illər komandamda Nqolo Kantenin olmasını istəmişəm, indi buradadır”, - deyə Tomas Tuxel bildirib.

Baş məşqçi istər Dortmund, istərsə də Parisdə olarkən Premyer Liqanı izlədiyini və buna görə də yeni komandasının heyətinin nəyə qadir olduğunu bildiyini söyləyib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri