28 
Yan
2021
13:54
99
19
1527
Virtual karabakh

Karlsen dünya çempionu titulunu Dubayda müdafiə edəcək

28 Yan, 2021
13:54
1527

Karlsen dünya çempionu titulunu Dubayda müdafiə edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il keçirilməli olan, lakin pandemiya səbəbindən təxirə salınan şahmat üzrə dünya çempionatı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.

Oxu.Az xəbər verir ki, dünya çempionatı bu ilin 24 noyabr - 16 dekabr tarixlərini əhatə edəcək.

Yarış Dubay Sərgi Mərkəzində keçiriləcək.

Qeyd edək ki, bu yarışda norveçli dünya çempionu Maqnus Karlsen öz titulunu dördüncü dəfə müdafiə etməyə çalışacaq. Yarışın mükafat fondu 2 milyon avrodur.

Karlsenin rəqibi pandemiya səbəbindən ötən il yarımçıq dayandırılmış Namizədlər Turnirinin qalibi olacaq. Həmin yarış isə bu ilin aprelində Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri