Fev
2021
12:54
82
19
1245
Virtual karabakh

Millimizin iranlı legionerlərinə Avropada “stop” qoyulub - ÖZƏL

1 Fev, 2021
12:54
1245

Millimizin iranlı legionerlərinə Avropada “stop” qoyulub - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində sabah səfərdə Yunanıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi dünən Bakı İdman Sarayında son məşqini keçirib.

Futzalçılarımız bu gün saat 10:00-da çarter reysi ilə Bakıdan Afinaya yola düşüb.

Baş məşqçi Joze Alesio da Silvanın rəhbərliyi altında millimiz oyunöncəsi son məşqini bu gün qarşılaşmanın keçiriləcəyi Daiis İdman Sarayında reallaşdıracaq. Heyətə gəldikdə, iranlı legionerlər Əmir Şücai və Hadi Əhmədinin əvəzinə səfərə Oqtay Rüstəmli aparılıb.

Qeyd edək ki, Yunanıstan – Azərbaycan oyunu fevralın 2-də, Bakı vaxtı ilə saat 20:00-da Afinadakı Daiis İdman Sarayında keçiriləcək.

İranlı legionerlərin səfərə aparılmamasını Oxu.Az araşdırıb. Məsələ burasındadır ki, Yunanıstan kimi Şengen vizası ilə giriş edilən ölkələrdə İrandan olan vətəndaşların girişinə “stop” qoyulub. Bu səbəbdən də onlara viza verilməyib.

Xatırladaq ki, 2019-cu ilin oktyabrında futzal üzrə Azərbaycan çempionu “Araz” Belçikaya, ötən ilin noyabrında isə Yunanıstana Çempionlar Liqası oyunları üçün gedəndə iranlı legionerlərini apara bilməmişdi. Birinci yarış üçün dörd, ikinci oyun üçün iki iranlı futbolçu viza üzündən Avropaya aparılmamışdı.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri