Fev
2021
17:54
175
13
1934
Virtual karabakh

Azərbaycanı Paralimpiya Oyunlarında qadın tennis hakimi təmsil edəcək - FOTO

5 Fev, 2021
17:54
1934

Azərbaycanı Paralimpiya Oyunlarında qadın tennis hakimi təmsil edəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı tennis hakimi Sara Abbasova Tokio Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək.

Bu barədə Media.Az-a müsahibəsində Abbasovanın özü deyib. O, 3 mindən çox namizəd arasından Paralimpiya Oyunlarına seçilən hakim olub. S.Abbasova hakimliyə necə başlamasından və çağırıldığı nüfuzlu beynəlxalq yarışlardan danışıb:

“Bakıda keçirilən WTA qadın tennisçiləri arasında beynəlxalq turnir ərəfəsində məşqçim Azərbaycan Tennis Federasiyasında hakim kursuna getməyi təklif etdi. O zaman cəmi 15 yaşım var idi. Kursu uğurla başa vurdum, oyunun bütün qaydalarını və xüsusiyyətlərini öyrəndim, təcrübə keçdim, sertifikat aldım. 2011-ci ildə Bakıda keçirilən beynəlxalq turnirdə mən artıq xətt hakimi idim. Hakimlik karyeram beləcə başladı.

Bakıdakı yarışlarda işləyərək özümü göstərməyi bacardım. Məni böyük turnirlərə dəvət etməyə başladılar. 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında, 2018-2020-ci illərdə Qətər və Türkiyədə keçirilən nüfuzlu WTA turnirlərində, eləcə də 2019-cu ildə Niderlandda kişilər və qadınların turnirlərində hakim oldum.

Ötən il Azərbaycanı İngiltərədəki nüfuzlu “Vimbldon” turnirində təmsil etməliydim, ancaq pandemiya səbəbindən yarış təxirə salındı. 2020-ci ilin yanvar ayında Avstraliya Açıq tennis çempionatının hakimlərindən biri idim”.

Sara Abbasova daha sonra 2017-2019-cu illərdə qadın tennisində bir nömrəli raketka ustası ilə yaşadığı xatirəni bölüşüb:

“Dünyanın o dövrdə bir nömrəli qadın raketka ustası Simona Halepin iştirakı ilə oyunu necə idarə etdiyimi xatırlayıram. O, zərbəsindən sonra topun auta çıxmadığını bildirdi. Halep qərarımın düzgünlüyünü yoxlamaq üçün topun oyun sahəsinə düşdüyünü təyin etmək üçün elektron sistemdən istifadə etdi. Məsələ burasındadır ki, top xəttə çox yaxın düşmüşdü, amma mən “aut” qərarı vermişdim. O anda hansı duyğuları yaşadığımı sözlə ifadə edə bilmirəm. Buna görə hakim üçün dəqiq qərar çıxarmaq çox vacibdir”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri