Fev
2021
01:17
20
92
2934
Virtual karabakh

Klopp: “Bəlkə onun ayaqları donmuşdu? - VİDEO

9 Fev, 2021
01:17
2934

Klopp: “Bəlkə onun ayaqları donmuşdu? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Liverpul” klubunun baş məşqçisi Yürqen Klopp İngiltərə Premyer Liqasının XXIII turunda “Mançester Siti” klubu ilə qarşılaşmada kobud səhvləri ilə yadda qalan braziliyalı qapıçı Alison Bekerin oyununa münasibət bildirib.

Bu barədə “Sky Sports” məlumat verib.

Qapıçısının sərgilədiyi oyuna münasibət bildirən almaniyalı mütəxəssis bildirib ki, ola bilər, A.Bekerin oyunda ayaqları donub.

“Çox gülməli səslənir, amma bu, mümkündür”, - deyə Y.Klop söyləyib.

Xatırladaq ki, “Mançester Siti” səfərdə “mersisaydlılar” üzərində 4:1 hesablı qələbə qazanıb.

Oyun ərzində “Liverpul”un qapısına vurulan dörd qoldan ikisi braziliyalının kobud səhvlərindən sonra qeydə alınıb. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri