Fev
2021
23:52
98
34
3713
Virtual karabakh

“Barselona”nın hücumçusu İspaniya çempionatındakı ilk qolunu “Lamborghini” almaqla qeyd etdi - FOTO

9 Fev, 2021
23:52
3713

“Barselona”nın hücumçusu İspaniya çempionatındakı ilk qolunu “Lamborghini” almaqla qeyd etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona”nın portuqaliyalı hücumçusu Fransisko Trinkao İspaniya çempionatındakı ilk qolunu “Lamborghini” almaqla qeyd edib.

“Marca” nəşrinin məlumatına görə, katalonların 3:2 hesabı ilə “Betis”i məğlub etdikləri matçda fərqlənən oyunçu “Lamborghini Huracan EVO” idman avtomobilinə sahib olub. O, bu xəbəri özünün “Instagram” səhifəsində paylaşıb.

Qeyd edək ki, avtomobilin baza komplekti ilə qiyməti 250 min avrodur. İspaniyada cəmi 9 ədəd belə model var.

Xatırladaq ki, Trinkao 2020-ci ilin yayında “Braqa”dan “Barsa”ya keçib və artıq yeni klubunun heyətində 27 matça qatılıb.

“Betis”lə oyunda hücumçunun vurduğu qol onun İspaniya çempionatındakı ilk qolu olub.  

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri