12 
Fev
2021
01:30
34
86
1760
Virtual karabakh

Neymar “Barselona” ilə oyunlarda iştirak etməyəcək

12 Fev, 2021
01:30
1760

Neymar “Barselona” ilə oyunlarda iştirak etməyəcək

PSJ-nin hücumçusu Neymar Fransa kobokunun 1/32 final mərhələsində “Kann”a qarşı matçda zədələnib.

Sports.ru portalının məlumatına görə, futbolçu zədə səbəbindən Çempionlar Liqasının 1/8 mərhələsi çərçivəsində keçiriləcək “Barselona” ilə qarşılaşmanı buraxacaq.

Onun zədəsinin sağalması üçün təqribən dörd həftə vaxt lazım olacaq. Bu isə o deməkdir ki, böyük ehtimalla, braziliyalı “Barsa” ilə cavab görüşündə də iştirak edə bilməyəcək

Qeyd edək ki, “Barselona” – PSJ matçı fevralın 16-da baş tutacaq. Cavab oyunu isə martın 10-da keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri