13 
Fev
2021
23:56
410
18
2259
Virtual karabakh

Teymur Rəcəbov “Opera Euro Rapid”in üçüncülük uğrundakı ilk matçında qalib gəldi - VİDEO

13 Fev, 2021
23:56
2259

Teymur Rəcəbov “Opera Euro Rapid”in üçüncülük uğrundakı ilk matçında qalib gəldi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində final və üçüncülük uğrunda qarşılaşmalara start verilib.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov da üçüncülük uğrunda ilk qarşılaşmasına çıxıb.

Təmsilçimiz fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib və qələbə qazanıb.

İlk partiyada qara fiqurlarla heç-heçə edən qrossmeysterimiz ikinci partiyada ağlarla qalib gəlib. 

Növbəti oyunda rəqib “ağlar”la oynamağın üstünlüyündən yararlanıb.

Buna baxmayaraq sonuncu, həlledici görüşdə qələbə qazanan Rəcəbov yekunda 2.5:1.5 hesabı ilə qələbə qazanıb.

Yarımfinalda təmsilçimizə qalib gələn ABŞ şahmatçısı Uesli So və norveçli dünya çempionu Maqnus Karlsen isə finalın ilk matçında heç-heçə edib – 2:2. Hər iki cütdə ikinci matç sabah baş tutacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri