14 
Fev
2021
19:38
152
29
1808
yuxarı
“Real” Beyl və İskonu satmağa hazırlaşır
14 Fev, 2021
19:38
1808
152
29
“Real” Beyl və İskonu satmağa hazırlaşır
Madrid “Real”ı yay transfer pəncərəsində Qaret Beyl və İsko ilə yollarını ayırmağa hazırlaşır.
Bu barədə Sports.ru portalı yerli jurnalist Fabrisio Romanoya istinadən məlumat yayıb. Onun sözlərinə görə, hazırda icarə əsasında “Tottenhem”də çıxıış edən uelsli futbolçu bəslənən ümidləri doğrultmur. Odur ki, böyük ehtimalla London klubu Beyli birdəfəlik almaqdan imtina edərək, onu Madridə qaytaracaq. Belə olan təqdirdə isə “Real” yarımmüdafiəçini satışa çıxaracaq.
Qeyd edək ki, bu mövsüm Beyl İngiltərə Premyer Liqasının yeddi oyununda iştirak edib və cəmi bir qol vurub. İsko isə La Liqada 13 matça çıxıb, lakin bir dənə də olsun məhsuldar ötürmə etməyib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək