18 
Fev
2021
23:10
90
199
3893
Virtual karabakh

Futbolçularımız İspaniya yığmasına böyük hesabla uduzdu - VİDEO

18 Fev, 2021
23:10
3893

Futbolçularımız İspaniya yığmasına böyük hesabla uduzdu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün qadınlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, D qrupunda yer alan millimiz öz yeddinci matçında İspaniya yığması ilə qarşılaşıb. Bakıdakı “ASK Arena”da baş tutan oyun futbolçularımızın 0:13 hesablı acınacaqlı məğlubiyyəti ilə sona çatıb.

İspaniya seçməsinin qollarını Ester Qonsales (21, 24, 30, 31 və 87-ci dəqiqələrdə), Cennifer Hermoso (33, 43, 67, 82 və 90+3-cü dəqiqələrdə), Mariona Kaldentey, Eva Navarro və Neraya Eysagirre (müvafiq olaraq 57, 75 və 84-cü dəqiqələrdə) vurub.

Bu qələbədən sonra hesabında 19 xal olan ispaniyalılar final mərhələsinə vəsiqəni təmin ediblər. Hesabında xalı olmayan Azərbaycan millisi isə qrupun autsayderidir.

Qeyd edək ki, millimiz qrupdakı son oyununu fevralın 23-də Moldovaya qarşı keçirəcək. Qarşılaşma Bakıda baş tutacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri