19 
Fev
2021
16:15
136
37
3281
Virtual karabakh

Azərbaycanda federasiya vitse-prezidentinin istefası ilə bağlı RƏSMİ AÇIQLAMA

19 Fev, 2021
16:15
3281

Azərbaycanda federasiya vitse-prezidentinin istefası ilə bağlı RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Birinci vitse-prezidenti Tofiq Heydərov istefa verib.

Bu barədə federasiyanın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev Oxu.Az-a açıqlama verib.

O, öncə Hesabat-Seçki Konfransının niyə keçirilməməsinə aydınlıq gətirməyə çalışıb. K.Məstəliyev martda Türkiyənin İstanbul şəhərində keçiriləcək Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Hesabat-Seçki Konfransına köhnə tərkiblə yollanacaqlarını bildirib:

“Nizamnaməyə uyğun olaraq, Olimpiya tsikli başa çatandan sonra Hesabat-Seçki Konfransının keçirilməsi labüddür. Ancaq tsikl hələ bitməyib. Həmçinin, heç də bütün ölkələrdə seçki konfransı keçirilməyib. Belələri çoxdur. Ən yaxın misal, qonşu Türkiyədir. Onlar da öz Hesabat-Seçki Konfranslarını bu il keçiriləcək Tokio 2020 Yay Olimpiya Oyunlarından sonra təşkil etməyi qərara alıblar. Gecikməyin səbəbi isə çox sadədir: pandemiya.

Dünyada tüğyan edən koronavirus pandemiyası şəraitində müxtəlif ölkələrdə fərqli izolyasiya qərarları qəbul edilir və kütləvi toplaşma məsələlərində çətinliklər var. Bu baxımdan ölkəmizdəki vəziyyət də konfransın tam formada təşkilinə imkan vermir. Çünki bu mərasimin özünün xüsusi prosedur qaydaları var və onların yerinə yetirilməsi lazımdır. Üstəlik, Hesabat-Seçki Konfransı adətən Olimpiya Oyunlarından sonra keçirilir. Yarış isə hələ baş tutmayıb. Hesabat-Seçki Konfransının Tokio 2020 Yay Olimpiya Oyunlarından sonra keçirilməsi nəzərdə tutulub”.

K.Məstəliyev qurumun vitse-prezidentinin istefası haqda da danışıb:

“Tofiq Heydərov isə uzun müddətdir ki, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti deyil. O, 2020-ci ilin yanvar ayından etibarən postundan ayrılıb”.

Qeyd edək ki, 1998-ci ildən Cahangir Əsgərov AAAF-ın prezidentidir. Hazırda federasiyanın saytında da vitse-prezident kimi yalnız Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov göstərilib. Tofiq Heydərov 2017-ci ildə birinci vitse-prezident təyin olunub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri