20 
Fev
2021
10:19
135
12
1425
Virtual karabakh

“Böyük Dəbilqə”də son gün: Beş idmançımız mübarizəyə qoşulur

20 Fev, 2021
10:19
1425

“Böyük Dəbilqə”də son gün: Beş idmançımız mübarizəyə qoşulur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin paytaxtı Təl-Əvivdə keçirilən “Böyük Dəbilqə” yarışı bu gün yekunlaşacaq.

Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın daha beş kişi cüdoçusu mübarizəyə başlayacaq.

Kişilər

-90 kq. Olimpiadaya lisenziyanı böyük ölçüdə təmin etmiş Məmmədəli Mehdiyev 1/16 finalda Orelyan Dyesslə (Fransa) üz-üzə gələcək.

-100 kq. Ötən ay Qətərin paytaxtı Dohada keçirilmiş “Masters” turnirində gümüş medal qazanmış Zelim Kotsoyev 1/16 finalda Boris Qeorgiyevlə (Bolqarıstan), eyni çəkidəki Elmar Qasımov isə Yoakim Dvarbi (İsveç) ilə qarşılaşacaq. Çox maraqlıdır ki, iki cüdoçumuz 1/4 finalda bir-birləri ilə üzləşə bilərlər.

+100 kq. Uşanqi Kokauri Yur Spiykersin (Niderland), Camal Feyziyev isə meydan sahibi Serafim Kompanyezin (İsrail) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən Davud Məmmədsoy (-60 kq) qızıl medal qazanıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri