20 
Fev
2021
12:07
71
288
5019
Virtual karabakh

Hollivudla əməkdaşlıq edən Həbib Nurməhəmmədov “Oskar” almaq istəyir

20 Fev, 2021
12:07
5019

Hollivudla əməkdaşlıq edən Həbib Nurməhəmmədov “Oskar” almaq istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Peşəkar karyerasını bitirdiyini elan etmiş məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov karyerası haqqında film çəkilişləri üçün Hollivudla çalışdığını və “Oskar” qazanmağı planlaşdırdığını söyləyib.

Bu barədə Lenta.ru xəbər yayıb.

“Hazırda sənədli filmim üzərində işləyirəm. Təxminən bir il yarım lazımdır. “Oskar” qazanmaq istəyirik. 20 dəqiqə ərzində oskarlıq film çəkmək o qədər də asan deyil. Hollivudla birlikdə işləyirik. Çox güman ki, dərhal kinoteatrlarda nümayiş olunacaq. Bu normal bir hekayədir, dağdan gələn oğlan çəki kateqoriyasından asılı olmayaraq ən yaxşı döyüşçü oldu, məğlub olmadı”, - deyə Nurməhəmmədov bildirib.

Xatırladaq ki, 32 yaşlı Nurməhəmmədov Castin Qeyjini UFC 254 turnirinin ikinci turunda “üçbucaq” boğma fəndindən istifadə edərək məğlub etdi. Döyüşdən sonra rusiyalı karyerasını bitirdiyini elan etdi.

Onun hesabında 29 MMA döyüşündə 29 qələbə, o cümlədən UFC-nin 13 döyüşündə 13 qələbə var.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri