20 
Fev
2021
13:42
14
78
994
Virtual karabakh

AIBA Beynəlxalq Olimpiya Komitəsini tənqid etdi

20 Fev, 2021
13:42
994

AIBA Beynəlxalq Olimpiya Komitəsini tənqid etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Boks üzrə işçi qrupunun çıxardığı qərarları tənqid edib.

Oxu.Az xəbər verir ki, işçi qrupu bazar ertəsi Olimpiadaya lisenziya verən, iyunda Yaponiyada keçirilməli olan Dünya Olimpiya Təsnifat turnirini ləğv edib, Avropa Olimpiya Təsnifat turnirinin isə apreldən iyuna keçirilməsi barədə qərar çıxarıb. Həmçinin, qərarda göstərilib ki, 53 kvota yeri boksçuların dünya reytinqi ilə müəyyənləşdiriləcək.

Bu isə AIBA-nın narazılığına səbəb olub. İlk narazılıq onunla bağlıdır ki, Dünya Olimpiya Təsnifat turnirini Olimpiadan bir ay öncə keçirmək mümkün idi, ləğv edilməsinə zərurət yox idi.

Üstəlik, reytinq sistemində gənclər arasında yarışlar nəzərə alınmadığından, 2001-2002-ci il təvəllüdlü boksçular həmin sıralamada yer almayıb. Reytinq sistemi ideal olmadığından, bu, həmin gənc boksçuların Olimpiada xəyallarının üstündən xətt çəkmiş olur.

Avropa Olimpiya Təsnifat turnirinin iyuna keçirilməsi isə bir ildir ki, idman yarışlarından kənar qalmış boksçuların məşq proseslərinə təsir göstərəcək və bu, çıxış zamanı keyfiyyətin aşağı düşməsinə səbəb olacaq.

Ona görə də AIBA hər bir boksçunun Olimpiadaya bərabər şansının olması üçün Avropa Olimpiya Təsnifat turnirinin vaxtını dəyişdirməməyi və Dünya Olimpiya Təsnifat turnirini ləğv etməməyi xahiş edib.

Qeyd edək ki, hazırkı vəziyyətə görə, Azərbaycan boksçularından Tayfur Əliyev (-57 kq) ötən il Olimpiadaya lisenziya qazanıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri