20 
Fev
2021
16:10
195
24
6656
Virtual karabakh

Millimizin oyunçusu “Barselona”ya möhtəşəm qol vurdu - FOTO/VİDEO

20 Fev, 2021
16:10
6656

Millimizin oyunçusu “Barselona”ya möhtəşəm qol vurdu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millimizin futzalçısı Eduardo Borqes çıxış etdiyi Fransanın AKKS klubu ilə UEFA Çempionlar Liqasında İspaniyanın məşhur “Barselona” komandasına qol vurub.

Oxu.Az xəbər verir ki, bu gün Barselonada keçirilən oyunda hesabı 9-cu dəqiqədə millimizin braziliyalı legioneri Edu açıb. O, dabanla möhtəşəm qola imza atıb.

Bununla belə, daha təcrübəli olan “Barsa” iki qol vuraraq 2:1 qalib gəlib. Bununla da Kataloniya klubu 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Eduardo Borqes həmin kluba yeni keçib. O, Fransa çempionunda icarə əsasında çıxış edir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri