22 
Fev
2021
13:24
66
10
1161
Virtual karabakh

Millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlandı - ADLAR

22 Fev, 2021
13:24
1161

Millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlandı - ADLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 4-də Bakıda, martın 9-da isə Kişinyovun Çoresku qəsəbəsində Moldova yığması ilə qarşılaşacaq millimizin heyəti açıqlanıb.

Oxu.Az xəbər verir ki, komandamız oyunlara hazırlıq məqsədilə fevralın 25-dən etibarən təlim-məşq toplanışı keçirəcək:

Qapıçılar: Rövşən Hüseynli (“Araz-Naxçıvan”), Emin Kürdov (“Ekol”), Cavad Məmmədov (“Neftçi”)

Sahə oyunçuları: Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov, Rizvan Fərzəliyev, Fineo De Araujo, Hadi Əhmədi, Əmir Şücai (hamısı “Araz-Naxçıvan”), Tofiq Mikayılov, Samir Həmzəyev (hər ikisi “Ekol”), Oktay Rüstəmli (“Neftçi”), Tyaqo Teles Martins (“Salines”, Bosniya və Herseqovina), Eduardo Borqes (AKKS, Fransa), Everton Kardozo – (“Levante”, İspaniya), Rafael Vilela (“Palma”, İspaniya), Oliveyra Da Naşimento (klubsuz)

Qeyd edək ki, ölkə xaricində çıxış edən futzalçılar toplanışa üç gün gec – fevralın 28-dən sonra qoşulacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri