24 
Fev
2021
08:45
60
146
2900
Virtual karabakh

Bikini qadağasına görə çimərlik voleybulunun ulduzları Qətər turnirini boykot etdilər

24 Fev, 2021
08:45
2900

Bikini qadağasına görə çimərlik voleybulunun ulduzları Qətər turnirini boykot etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Alman çimərlik voleybolunun ulduzları Karla Borger və Culia Sude Qətərdəki turniri boykot etmək qərarına gəliblər.

Bu barədə “The Guardian” xəbər verib.

İdmançılar Qətərdəki yarışda bikinilərin qadağan olunmasından qəzəbləniblər və dünya turunun mərhələsində iştirak etməkdən imtina ediblər.

“Biz öz işimizlə məşğul olmağa çalışırıq, amma adi geyimimizdə bunu etmək imkanından məhrumuq”, - deyə Borger bildirib.

Onun sözlərinə görə, Qətər idmançıların bu baxımdan məhdudlaşdırıldığı yeganə ölkədir.

Qətər tarixdə ilk dəfə Beynəlxalq Voleybol Federasiyası (FIVB) turunun oyunlarına ev sahibliyi edəcək. Turnir mart ayında Dohada başlayacaq. Oyunda idmançılar adi bikinilərindən imtina etmək məcburiyyətində qalacaqlar. Qətər hökuməti onlardan futbolka və idman şalvarında çıxış etmələrini istəyib.

FIVB ev sahibi ölkənin ənənələrinə hörmət göstərmək niyyətində olduğunu qeyd edib.

Borger və Sude çimərlik voleybolu üzrə dünya çempionatının gümüş medalçılarıdır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri