23 
Fev
2021
11:06
291
9
1841
Virtual karabakh

Bu gün Anatoli Banişevskinin ad günüdür - FOTO

23 Fev, 2021
11:06
1841

Bu gün Anatoli Banişevskinin ad günüdür - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Anatoli Banişevskinin ad günüdür.

Oxu.Az xəbər verir ki, 1946-cı il fevralın 23-də Bakıda anadan olmuş Banişevskinin əsli Polşaya gedib çıxır. O, uşaq futboluna Bakının “Lokomotiv” klubunda başlayıb. 16 yaşında o vaxt “Neftyanik” adlandırılan “Neftçi”yə qoşulub.

1963-cü ildə “Neftçi”də debüt edən Anatoli 1978-ci ilədək bu klubda çıxış edib. Hücumçu olan Banişevski “Neftçi”dəki debüt ilindən üç il sonra komanda ilə SSRİ çempionatının bürünc medalını qazanıb. Doğma komandasında 288 oyun keçirib və 121 qola imza atıb.

Ona dəfələrlə Rusiya və Ukrayna klublarından təkliflər gəlsə də, Anatoli Bakını tərk etmək istəməyib. “Neftçi”dəki parlaq çıxışı onun 1965-ci ilin iyulun 4-də SSRİ millisinin heyətində Braziliya yığma komandası ilə yoldaşlıq oyununda debüt etməsinə gətirib çıxardı. Məşhur forvard SSRİ millisi ilə 1972-ci ildə Belçikada keçirilmiş Avropa çempionatının gümüş medalını qazanıb. 1965-1972-ci illərdə SSRİ yığmasında 50 oyun keçirib və 20 qol vurub.

Onun məşçilik karyerasına başladığı ilk komanda da “Neftçi” olub (1981-1983). Daha sonra Mingəçevirin “Avtomobilçi” komandasında (1984-1987), Burkina Fasonun gənclər millisində (1987-1988) və Gəncənin “Kəpəz” klubunda (1988) da baş məşqçilik edib.

Şəkər xəstəliyindən əziyyət çəkən Anatoli Banişevski 1997-ci ilin dekabrın 10-da üçüncü diabetik komadan dünyasını dəyişib.

Yaşasaydı, bu gün 75 yaşını qeyd edəcəkdi.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri