23 
Fev
2021
15:27
44
142
1161
Virtual karabakh

Rusiya millisi Azərbaycanda təlim-məşq toplanışında - FOTO

23 Fev, 2021
15:27
1161

Rusiya millisi Azərbaycanda təlim-məşq toplanışında - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın BMX (velosiped idmanı) üzrə yığma komandası Bakıda təlim-məşq toplanışı keçir.

Fevralın 13-dən etibarən paytaxtımızda olan rusiyalı idmançılar BMX Veloparkında hazırlıq prosesini davam etdirirlər.

Bakıya 11 nəfərlik nümayəndə heyəti ilə gələn komanda üzvlərindən aşağı yaş qrupuna aid beş idmançı daxili yarışlarda iştirak etmək üçün artıq Rusiyaya qayıdıb. Elit kateqoriyalı digər dörd velosipedçi isə fevralın 28-dək Azərbaycanda olacaq.

Qeyd edək ki, Rusiya velosipedçilərini qarşıdakı aylarda Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən Avropa və Dünya Kuboku yarışları gözləyir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri