24 
Fev
2021
16:54
34
85
1978
Virtual karabakh

Tərlan Əhmədov jurnalistlə mübahisə etmiş futbolçunu tənqid etdi: “Onu “Neftçi”dən mən qovmuşam” - VİDEO

24 Fev, 2021
16:54
1978

Tərlan Əhmədov jurnalistlə mübahisə etmiş futbolçunu tənqid etdi: “Onu “Neftçi”dən mən qovmuşam” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İdman TV”nin “Mərkəzi Xətt” verilişində “Qarabağ”ın futbolçusu Rahil Məmmədov tənqid olunub.

Oxu.Az xəbər verir ki, verilişin qonaqları məşqçi Tərlan Əhmədov və Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov olub.

Verilişdə Azərbaycan Premyer Liqasının XVI turunun “Sumqayıt” – “Qarabağ” oyunundan (0:0) sonra mətbuat lojasında oturmuş Rahil Məmmədovun rekord.az saytının jurnalisti Anar Xanlarovla mübahisə etməsi tənqidlə qarşılanıb.

Tərlan Əhmədov “Neftçi”də baş məşqçi işlədiyi vaxt Rahil Məmmədovu intizamsızlığına görə komandadan qovduğunu bildirib:

“Bilmirəm o uşaq niyə belə edib. Amma onu komandadan mən qovmuşam. Rəhbərlikdən xahiş etmişəm ki, onu komandadan uzaqlaşdırsın. Çünki nizam-intizamsız uşaqdır. O, komanda yoldaşlarına hörmət qoymadığı üçün Bakıxanov qəsəbə stadionunda keçdiyimiz məşq prosesindən uzaqlaşdırıb, əvəzedici komandaya göndərmişəm. Sonra rəhbərlik onu birdəfəlik klubdan uzaqlaşdırdı.

Yəni, bu futbolçunun xarakterində özündən razılıq var. Amma yenə də heç kimə səlahiyyət verilməyib ki, o hansısa jurnalistlə mübahisə etsin”.

Qeyd edək ki, Rahil Məmmədov 2015-2017-ci illərdə “Neftçi”nin əsas komandasında oynayıb. Yarım mövsüm “Səbail”də çıxış etdikdən sonra 2018-ci ilin iyunun 2-də “Qarabağ”la üç illik müqavilə bağlayıb. Millimizdə doqquz oyun keçirmiş və “Qarabağ”da heyətə düşməyən Rahilin Ağdam klubu ilə müqaviləsi bu yay başa çatacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri