25 
Fev
2021
10:42
61
7
1549
Virtual karabakh

Millimizin futbolçusu Türkiyədə klubunu dəyişdi

25 Fev, 2021
10:42
1549

Millimizin futbolçusu Türkiyədə klubunu dəyişdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

17 yaşadək millimizin (U-17) türkiyəli futbolçusu Sərkan Aydın Türkiyədə klubunu dəyişib.

Oxu.Az Türkiyənin “Özgür Kocaeli” qəzetinə istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü sol cinah müdafiəçisi çıxış etdiyi “Kocaelispor”un aşağı yaş qrupu üzrə komandasından ayrılmaq istəyib.

O, İzmirə gedib və bu şəhərin “Altınordu” klubu ilə anlaşıb.

Onu da bildirək ki, “Kocaelispor”un U-19-da çıxış edən Sərkan Aydın əsas komanda ilə yoxlama oyununda meydanda olmuşdu.

Qeyd edək ki, hazırda Türkiyə II divizionunda çıxış edən “Kocaelispor”da 2015-ci ildə U-17 millimizdə çıxış etmiş Murat Akpınar da forma geyinir. 22 yaşlı yarımmüdafiəçi Super Liqa klubu “Trabzonspor”a məxsusdur və İzmit komandasında icarə əsasında çıxış edir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri