26 
Fev
2021
16:55
183
25
4723
Virtual karabakh

Avropa Liqasında erkən final: “Mançester Yunayted” və “Milan” bir-birinə rəqib oldu - YENİLƏNİB

26 Fev, 2021
16:55
4723

Avropa Liqasında erkən final: “Mançester Yunayted” və “Milan” bir-birinə rəqib oldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

Oxu.Az xəbər verir ki, ən diqqətçəkən cütlük hazırda İngiltərə və İtaliya çempionatlarında ikinci pillədə yer alan iki köklü klub – “Mançester Yunayted” və “Milan”ın qarşılaşması olacaq.

Bundan başqa, ötən mövsüm Avroliqanın 1/16 finalında “Arsenal”ı turnirdən uzaqlaşdırmış “Olimpiakos”un “topçular”la yenidən düşməsidir.

“Ayaks” (Niderland) – “Yanq Boyz” (İsveçrə)

“Dinamo” (Ukrayna) – “Vilyareal” (İspaniya)

“Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna)

“Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə)

“Dinamo” (Xorvatiya) – “Totenhem” (İngiltərə)

“Mançester Yunayted” (İngiltərə) – “Milan” (İtaliya)

“Slaviya” (Çexiya) – ”Reyncers” (Şotlandiya)

“Qranada” (İspaniya) – “Molde” (Norveç)

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 11-də, cavab matçları isə bundan bir həftə sonra keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 00:00-da start götürəcək.

10:06

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

İsveçrənin Nyon şəhərindəki püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Bu mərhələdə “kor püşk” olacaq. Belə ki, komandalar səbətlərə bölünməyəcək və eyni ölkənin təmsilçiləri bir-biriləri ilə qarşılaşa biləcək.

Avropa Liqası

1/8 final mərhələsinin iştirakçıları

“Milan”, “Roma” (hər ikisi İtaliya), “Ayaks” (Niderland), “Arsenal”, “Mançester Yunayted”, “Totenhem” (hər üçü İngiltərə), “Dinamo” (Xorvatiya), “Dinamo”, “Şaxtyor” (hər ikisi Ukrayna), “Qranada”, “Vilyareal” (hər ikisi İspaniya), “Molde” (Norveç), “Olimpiakos” (Yunanıstan), “Reyncers” (Şotlandiya), “Slaviya” (Çexiya), “Yanq Boyz” (İsveçrə).

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 11-də, cavab matçları isə bundan bir həftə sonra keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 00:00-da start götürəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri