Mar
2021
16:27
14
61
1717
Virtual karabakh

Qvardiola “Barsa”nın keçmiş prezidentinin həbsindən danışdı

3 Mar, 2021
16:27
1717

Qvardiola “Barsa”nın keçmiş prezidentinin həbsindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona”nın keçmiş futbolçusu və baş məşqçisi Xosep Qvardiola katalon klubunun keçmiş prezidenti Xosep Bartomeunun həbsinə münasibət bildirib.

Bu barədə “Goal” nəşri məlumat yayıb.

“Bu xoşagəlməz vəziyyətdir, ancaq mən ümid edirəm ki, hər şey yaxşı bitəcək. Məhkəmə əksini sübuta yetirənə qədər Bartomeu günahkar deyil. Məni narahat edən məsələ odur ki, bir həftə sonra “Barselona”ya yeni prezident seçiləcək. Klubda vəziyyət çətindir, ancaq yeni gələn yaxın illərdə “Barselona”nı arxasınca aparmaq üçün cəsarətini toplamalıdır”, - deyə X.Qvardiola bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri