Mar
2021
17:24
118
64
1758
Virtual karabakh

Sahil Babayev baş məşqçimizi təbrik etdi - FOTO

3 Mar, 2021
17:24
1758

Sahil Babayev baş məşqçimizi təbrik etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Paralimpiya Komitəsinin boççia idman növü üzrə baş məşqçisi, Qarabağ qazisi İlham Məhərrəmovu Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı almağı münasibətilə təbrik edib.

Məktubda qeyd edilir:

“Ölkəmizdə idmanın kütləviləşməsi və inkişafı, gənclərin bütün sahələrdə olduğu kimi idman sahəsində də öz imkan və bacarıqlarını reallaşdıra bilmələri üçün lazımi şəraitin yaradılması həmişə xalqımızın ümummilli lideri Heydər Əliyevin xüsusi diqqət yetirdiyi dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən biri olub.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti müasir idman infrastrukturunun yaradılması, olimpiya ideyalarının geniş təbliğ olunması, paytaxtımızda və bölgələrdə yeni müasir tipli stadionların, olimpiya idman komplekslərinin və digər idman qurğularının tikilməsi nəticəsində ölkəmiz mötəbər beynəlxalq yarışlarının keçirildiyi məkana çevrilib.

İdmançılarımızın olimpiya oyunlarında və digər beynəlxalq yarışlarda qazandıqları mükafatlar bir daha sübut edir ki, Azərbaycan artıq bir idman ölkəsi kimi dünya ölkələri sırasında öz layiqli  yerini tuta bilib.

Sizi təbrik edir işlərinizdə uğurlar arzu edirik”.

Qeyd edək ki, Boççia İdman Federasiyası yarandığı gündən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin daim qayğı və diqqəti göz önündədir.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə İ.Məhərrəmov Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə Azərbaycan idmanının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri