Mar
2021
21:47
98
26
1754
Virtual karabakh

“Zirə” xal itirdi, “Neftçi”dən qələbə - VİDEO

3 Mar, 2021
21:47
1754

“Zirə” xal itirdi, “Neftçi”dən qələbə - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub.

Sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

Əvvəlcə “Sumqayıt” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. Tərəflər bu oyundan qolsuz bərabərliklə ayrılıblar.

Turun qapanış matçında isə lider “Neftçi” “Sabah”ı qəbul edib. Meydan sahibləri matçda qalib gələrək liderliyi davam etdiriblər.

Xatırladaq ki, ilk oyun günündə “Səbail” “Keşlə” ilə heç-heçə edib (1:1), “Qarabağ” isə “Qəbələ” ilə ev oyununda 3:0 hesablı darmadağına imza atıb.

Azərbaycan Premyer Liqası

18-ci tur

3 mart

"Sumqayıt" – "Zirə" - 0:0

 

"Neftçi" – "Sabah" - 2:1

Qollar: N.Ələsgərov, 34. M.Abbasov, 64 - T.Xəlilzadə, 90+3-pen.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri