Mar
2021
12:24
89
29
2241
Virtual karabakh

Azərbaycan əsilli futbolçu Həbibə qarşı top qovdu - VİDEO

4 Mar, 2021
12:24
2241

Azərbaycan əsilli futbolçu Həbibə qarşı top qovdu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva “Spartak”ının Azərbaycan əsilli futbolçusu Ayaz Quliyev sabiq məğlubedilməz MMA döyüşçüsü Həbib Nurməhəmmədova qarşı futbol oynayıb.

Oxu.Az xəbər verir ki, “KraSava” “Youtube” səhifəsinin admini BƏƏ-də özəl futbol matçı keçirib.

Yarışda Həbib Nurməhəmmədovun komandası və “Spartak”ın futbolçuları iştirak edib. 24 yaşlı yarımmüdafiəçi olan Ayaz bu matçda Həbibə əks komandada oynayıb.

Həbibin hesabı açdığı görüş 2:2 hesabı ilə başa çatıb.

Oyundan sonra Nurməhəmmədov MMA-dan bezdiyini, ona görə də döyüşməyi dayandırdığını, karyerasını bitirdikdən sonra BƏƏ-nin “Əl-Vəsl” futbol klubundan təklif aldığını bildirib. O, “Fənərbağça”nın ona təklif göndərdiyini, Zlatan İbrahimoviçin də ona “Milan”a keçməyi təklif etdiyini qeyd edib.

Həmçinin, Həbib Nurməhəmmədov Kriştianu Ronaldu ilə dost olduğunu və tez-tez bir-biri ilə əlaqə saxladığını bildirib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri