Mar
2021
13:12
139
13
2131
Virtual karabakh

Türkiyə millisi ilə oyun Azərbaycanda çempionat və kubok matçlarına təsir etdi

4 Mar, 2021
13:12
2131

Türkiyə millisi ilə oyun Azərbaycanda çempionat və kubok matçlarına təsir etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasında son iki turun və ölkə kubokunun final oyununun vaxtı dəyişdirilib.

Bu, AFFA-nın Peşəkar Futbol Liqasına (PFL) müraciəti əsasında gerçəkləşib.

Buna səbəb kimi Azərbaycan milli komandasının Türkiyə yığması ilə mayın 27-də səfərdə nəzərdə tutulan yoldaşlıq görüşü göstərilib.

Yığmanın mənafeyini, bu yoldaşlıq görüşünün iki ölkə arasındakı dostluq və qardaşlıq baxımından vacib olduğunu nəzərə alan PFL Premyer Liqanın XXVII turunu 15 maydan 14 maya, XXVIII turu 22 maydan 19 maya, Azərbaycan Kubokunun final oyununu isə 28 maydan 24 maya keçirməyi qərara alıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri