Mar
2021
13:02
98
15
1212
Virtual karabakh

Rövşən Hüseynli: “Onlar hücuma qoşulmaqdan çox, vaxt udmağa çalışırdılar”

6 Mar, 2021
13:02
1212

Rövşən Hüseynli: “Onlar hücuma qoşulmaqdan çox, vaxt udmağa çalışırdılar”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qrup mərhələsi çərçivəsində keçirdiyi üçüncü oyunda Moldova yığması ilə qarşılaşan futzal üzrə Azərbaycan millisi qələbə qazanmaqla həm xal ehtiyatını, həm də ən yaxın izləyicisi ilə fərqi artırıb.

Təbii ki, bu qələbənin əldə olunmasında hücumçularımızın vurduğu qollarla bərabər, qapıçımızın da inamlı oyunu mühüm amillərdən olub. Rövşən Hüseynli federasiyanın saytına qələbəyə aparan yoldan danışan zaman bunları deyib:

“Moldova haqda məlumatımız çox idi. Onlarla dəfələrlə qarşılaşmışıq və oyun üslublarına bələd idik. Bir-iki dəyişikliyi istisna etsək, demək olar, heyətləri də dəyişməzdir. Baş məşqçimiz də Slovakiya ilə oyunlarını analiz etmişdi, tapşırıqlarını vermişdi. Bir sözlə, hesab rəqibi necə incələdiyimizi göstərdi”.

Qolkiper rəqibin qapıçını meydan oyunçusu ilə əvəzləməsinə rəğmən, hesabı dəyişə bilməməsinə də toxunub: 

“Moldova millisi təxminən beş dəqiqə meydanda üstünlük qazanmağa çalışdı. Onlar qapıçını meydan oyunçusu ilə əvəzləsələr də, cəmi bir dəfə qol vurmağa yaxın oldular. Bu da baş məşqçimizin rəqibi nə qədər yaxşı təhlil etdiyini göstərir”.

Hüseynli baş məşqçinin əsas tapşırığının isə erkən qol vurmaq olduğunu bildirib: “Alesio dedi ki, qol epizodlarından düzgün istifadə etməli və hesabı erkən açmalıyıq. Çünki Moldova futzalçıları müdafiəyə çox diqqət ayırırdı, sanki meydana bir xal qazanmaq üçün çıxmışdı. Top onlarda olanda hücuma qoşulmaqdan çox, vaxtı udmağa çalışırdılar. Vurduğumuz qoldan sonra rəqib müdafiədən çıxmağa başladı. Ondan sonra biz oyuna tam diktə edən tərəf olduq və üç xalı qazandıq”.

Martın 9-da Kişinyovda keçiriləcək cavab oyununa da toxunan qapıçı bunları deyib: 

“Fərqli taktika ilə oynayacaqlarına inanmıram. Ola bilsin, topa nəzarət etməklə bərabər, hücumlar qurmağa çalışsınlar. İddialarını davam etdirmək üçün xal qazanmaq istəyəcəklər və buna nail olmaq üçün bütün güclərini səfərbər edəcəklər. Əslində, bu bizə sərf edir. Açıq oyun zamanı onlar boşluq verəcək, biz də bundan istifadə edəcəyik. Bu, mənim fikrimdir. Əlbəttə, yekun qərarı, tapşırığı baş məşqçi verəcək. Biz isə onun istəyini həyata keçirəcəyik. Məqsədə doğru yolda Kişinyovdan da üç xalla dönməliyik”.

Qeyd edək ki, millimiz ilk görüşdə Moldovanı 5:1 hesabı ilə məğlub edib. Hazırda millimiz doqquz xalla Avropa çempionatının seçmə qrupuna başçılıq edir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri