Mar
2021
12:22
260
9
1887
Virtual karabakh

Rüstəm Orucov erməni Avropa çempionu ilə tatamidə gücünü sınayacaq

6 Mar, 2021
12:22
1887

Rüstəm Orucov erməni Avropa çempionu ilə tatamidə gücünü sınayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cüdo üzrə Olimpiya mükafatçımız Rüstəm Orucov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” yarışında erməni rəqiblə qarşılaşacaq.

Oxu.Az-ın xəbərinə görə, 1/8 finalda Oleq Babqoyevi vaza-ari xalı ilə məğlub edən Rüstəm 1/4 finalda Ermənistan cüdoçusu Ferdinand Karapetyanla görüşəcək.

Qeyd edək ki, 73 kq çəki dərəcəsində Rüstəm Orucov 2016-cı ilin, Ferdinand Karapetyan isə 2018-ci ilin Avropa çempionudur. Bu iki cüdoçu bir neçə dəfə üz-üzə gəlib və Rüstəmin qələbəsi ilə başa çatıb. Sonuncu belə qələbə 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarının 1/4 finalında qeydə alınıb.

Onu da bildirək ki, bu gün tatamiyə çıxan güləşçilərimizdən digər ikisi artıq mübarizəni dayandırıb. 81 kq-da Hidayət Heydərov ilk görüşdə turnirlə vidalaşıbsa, Murad Fətiyev ikinci görüşündə burnundan zədə alıb və hakimin qərarı ilə məğlub elan edilib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri