Mar
2021
21:22
150
42
4292
Virtual karabakh

Madrid derbisində sevinən “Barselona” oldu - FOTO

7 Mar, 2021
21:22
4292

Madrid derbisində sevinən “Barselona” oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya çempionatının 26-cı turunun mərkəzi görüşü Madridin “Vanda Metropolitano” stadionunda keçirilib. Hazırda turnir cədvəlinin lideri olan “Atletiko” dünənədək ikinci pillədəki həmşəhərlisi “Real”ı qəbul edib.

Prinsipial qarşılaşmada qalib müəyyən olunmayıb. Belə ki, Luiz Suaresin 15-ci dəqiqədəki qoluna 88-ci dəqiqədə Kərim Benzema cavab verib. Bununla da “Real” son dəqiqələrdə məğlubiyyətdən yaxa qurtarıb - 1:1.

Matçdan sonra komandalar arasındakı 5 xallıq fərq olduğu kimi qalıb. Lakin “Atletiko”nun ehtiyatda bir oyunu var.

Qeyd edək ki, bu hesab ən çox “Barselona”ya sərf edib. Dünənki qələbəsindən sonra Katalon klubu ikinci pilləyə qalxıb.  

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri