Mar
2021
11:38
167
15
2584
Virtual karabakh

Zlatan İbrahimoviç: “Əgər Maldini istəsə, mən hazıram”

8 Mar, 2021
11:38
2584

Zlatan İbrahimoviç: “Əgər Maldini istəsə, mən hazıram”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Milan”ın 39 yaşlı hücumçusu Zlatan İbrahimoviç komandadakı gələcəyi məsələsinə aydınlıq gətirib.

Bu barədə “Football Italia” məlumat yayıb.

“Mən Zlatanam, məsuliyyət və öz liderliyimi hiss edirəm. “Milan” xoşbəxt olduğum yeganə komandadır. Mən bu komandaya nəsə vermək, bələdçi olmaq istəyirəm. Mən komandadakılara nəsə deyəndə mənə cavab verirlər: “Yaxşı, biz bunu edərik”. Mən bu gün Veronada olmaq istərdim, bunu qəlbimdə hiss edirəm. Onlarsız günü keçirmək, oğullarımsız qalmağa bərabərdir. “Milan”da növbəti mövsüm qalacağammı? Bilmirəm, buna hələ baxarıq. Əgər Paolo Maldini istəsə, o zaman mən hazıram”, - deyə Z.İbrahimoviç bildirib.

Xatırladaq ki, Z.İbrahimoviçin “Milan”la müqaviləsi iyunun 30-da başa çatacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri