Mar
2021
11:22
17
109
1420
Virtual karabakh

Millimizin baş məşqçisi: “Uşaqlar məşqdə sanki yuxulu idilər”

8 Mar, 2021
11:22
1420

Millimizin baş məşqçisi: “Uşaqlar məşqdə sanki yuxulu idilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Atmosfer yaxşıdır. Sadəcə, səfərlə əlaqədar uşaqlarda yorğunluq var idi. Bunu xüsusilə də səhər məşqində hiss etmək olardı. Sanki yuxulu idilər. Amma axşam hazırlığı zamanı fərqli ab-hava izlədik. Oyunçularım daha istəkli və həvəsli idilər. Heyətdə ciddi zədəsi olan futzalçı yoxdur. Bu da bizi sevindirən cəhətdir”.

Oxu.Az xəbər verir ki, bunu futzal millimizin baş məşqçisi Joze Alesio da Silva deyib.

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində sabah növbəti oyununu Moldova yığmasına qarşı keçirəcək Azərbaycan millisi hazırlığını Kişinyovda davam etdirir. Komandamız dünən iki məşqdə iştirak edib. Əsasən taktiki planda çalışmalara üstünlük verən millinin baş məşqçisi axşam çalışmasından sonra azfutzal.az-a açıqlama verib.

Braziliyalı baş məşqçi Bakıda Moldova ilə keçirilən görüşdə sarı vərəqə alaraq cəzalı duruma düşən Rafael Vilelanın yoxluğuna görə çətinliyin olacağını, amma fərqli taktiki variantlar üzərində işlədiklərini də gizlətməyib: 

“İlk üç oyunda iki “dördlük” müəyyənləşdirmişdik. Bu dəfə fərqli olacaq. Çünki Vilela sarı vərəqə limitini doldurduğuna görə, cəzalı duruma düşüb. Əlbəttə, hər bir oyunçunun yoxluğu bizim üçün problem yarada bilər”.

Alesio bu boşluğu doldurmaq üçün fərqli sxem üzərində işlədiklərini deyib: 

“Hazırda oyunçularımızın hamısı yaxşı formadadır. Rafael bizə çox kömək edirdi, ancaq cəzalı olduğuna görə əlimizdə olan oyunçularla onun yoxluğunu hiss etdirməməliyik. Məşqlərdə də bunun üzərində işləyirik. Məncə, ciddi çətinlik yaşamarıq”.

O, hər iki komandanın bir-birini yaxşı tanıdığına görə müəyyən dəyişikliyin qaçılmaz olduğunu gizlətməyib: 

“Cəmi üç gün əvvəl onlarla qarşılaşmışıq. Hər iki komanda bir-birini yaxşı tanıyır. Buna görə də müəyyən dəyişiklik edəcəyik. Müdafiədə fərqli oynayacağıq, məşqdə də onun üzərində işlədik. Nə etmək istəyirik, edə biləcəyikmi, suallarına aydınlıq gətirdik”.

Millinin baş məşqçisi komanda üçün hər cür şəraitin yaradıldığını, heç bir problemlə üzləşmədiklərini vurğulayıb: 

“Kişinyovda bizim üçün yaxşı şərait yaradılıb. Zal əla vəziyyətdədir, qaldığımız hotel yüksək səviyyədədir, oyunçuların da məşqlərə ciddi, istəkli və həvəslə yanaşması məmnunluq yaradır. Təbii ki, maksimum nəticə qazanmaq üçün mübarizə aparacağıq. Xal itkisi haqda düşünmürük. Qələbə qazanmalı, xal ehtiyatımızı artırmalıyıq. Açığı, riyazı hesablamalar aparmırıq. Qrupun son matçına qədər qələbə qazanmaqla bağlı məqsədimiz dəyişməyəcək”.

Qeyd edək ki, millimiz dörd gün əvvəl bu rəqibini 5:1 hesabı ilə məğlub edib. Komandamız doqquz xalla qrup lideridir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri