Apr
2021
16:48
206
33
4375
Virtual karabakh

Stadnik və yığmamız Göygöldə - FOTO

5 Apr, 2021
16:48
4375

Stadnik və yığmamız Göygöldə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Güləş yığmalarımız növbəti təlim-məşq toplanışına start verib.

Yunan-Roma, sərbəst və qadın güləşi üzrə millilərimiz Göygöl Olimpiya İdman Kompleksində hazırlıq keçir.

19-25 aprel tarixlərində Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatına və 6-9 mayda Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq Dünya Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışında əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə ayrılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, aprelin 10-dək davam edəcək hazırlıq prosesində üçqat Olimpiya mükafatçısı, ikiqat dünya və yeddiqat Avropa çempionu Mariya Stadnik də iştirak edir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri