Apr
2021
09:42
128
5
3128
Virtual karabakh

Çempionlar Liqasında 1/4 finala start verilir: Üç il əvvəlki finalın iştirakçıları üz-üzə

6 Apr, 2021
09:42
3128

Çempionlar Liqasında 1/4 finala start verilir: Üç il əvvəlki finalın iştirakçıları üz-üzə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Oxu.Az xəbər verir ki, matçlar İngiltərənin Mançester şəhərində və İspaniyanın paytaxtı Madriddə keçiriləcək.

İngiltərə Premyer Liqasının lideri “Mançester Siti” öz meydanında Dortmund “Borusiya”sını qəbul edəcək. Meydan sahiblərində itki olmadığı halda, Almaniya klubunda ingiltərəli Ceydon Sanço, Marsel Şmeltser, Aksel Vitsel kimi aparıcı futbolçuların oynamayacağı dəqiqdir.

Təbii ki, günün əsas qarşılaşması Madriddə keçiriləcək. 2018-ci il Çempionlar Liqasının finalında qarşılaşmış iki komanda bu dəfə 1/4 finalda üz-üzə gələcək. Hər iki komandada itkilər var. “Real” Dani Karvaxal, Eden Azar, Serxio Ramosu, “Liverpul” isə Co Qomez, Cordan Henderson, Joel Matip, Divok Oriqi, Vircil van Deyk kimi futbolçularını meydana buraxa bilməyəcək.

Çempionlar Liqası

1/4 final (ilk oyunlar)

23:00 “Mançester Siti” (İngiltərə) – “Borusiya” (Dortmund, Almaniya)

23:00 “Real” (İspaniya) – “Liverpul” (İngiltərə)

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri