Apr
2021
14:12
12
196
1526
Virtual karabakh

İdmançımız koronavirusa yoluxdu, qitə birinciliyində iştirak etməyəcək

6 Apr, 2021
14:12
1526

İdmançımız koronavirusa yoluxdu, qitə birinciliyində iştirak etməyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın titullu cüdoçusu Rüstəm Orucov Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək Avropa çempionatında iştirak etməyəcək.

Bu barədə “Report”a 30 yaşlı idmançının özü məlumat verib.

73 kq çəki dərəcəsində çıxış edən cüdoçu koronavirusa yoluxduğu üçün yarışa yollanmayacağını bildirib. Orucov xəstəliyi bir az ağır keçirdiyini, hazırda özünü yaxşı hiss etdiyini və müalicə olunduğunu vurğulayıb.

Azərbaycan Avropa çempionatında 10 idmançı təmsil edəcək. Kişilərin mübarizəsində doqquz, qadınların yarışında isə bir cüdoçu qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatı 16 - 18 apreldə olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri