Apr
2021
11:30
252
15
6490
Virtual karabakh

Titullu qadın idmançımız ailə quraraq karyerasına son qoydu - FOTO/ÖZƏL

7 Apr, 2021
11:30
6490

Titullu qadın idmançımız ailə quraraq karyerasına son qoydu - FOTO/ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın daha bir güləşçisi karyerasını erkən başa vurub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Avropa çempionatının, IV İslam Həmrəyliyi Oyunlarının və II Avropa Oyunlarının mükafatçısı olmuş Elmira Qəmbərova karyerasını bitirib.

Ailə həyatı quran idmançı 27 yaşında güləşi atıb. Onun son yarışı ötən ilin fevralında İtaliyanın paytaxtı Romada keçirilmiş Avropa çempionatı olub. 62 kq çəki dərəcəsində yarışan idmançı sonuncu dəfə ötən ilin martında Belarusun paytaxtı Minskdə təşkil olunmuş qadın millimizin təlim-məşq toplanışında iştirak edib.

Qeyd edək ki, Elmira Qəmbərova 2014-cü ildə gənclərin (gümüş), 2015-ci ildə U-23-lərin (bürünc) və 2019-cu ildə böyüklərin Avropa çempionatının (bürünc) mükafatçısıdır. O həmçinin 2017-ci ildə paytaxtımızda keçirilmiş İslamiadanın bürünc və 2019-cu ildə Belarusun paytaxtı Minskdə baş tutmuş Avropa Oyunlarının gümüş medallarını qazanıb.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçiləri – Həsən Əliyev, Elvin Mürsəlizadə, sərbəst güləşçimiz Cəbrayıl Həsənovun karyerasını bitirdiyi məlum olub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri