Apr
2021
21:17
91
16
1457
Virtual karabakh

Avropa Kubokunda iştirak edəcək millimizin tam tərkibi bilindi

7 Apr, 2021
21:17
1457

Avropa Kubokunda iştirak edəcək millimizin tam tərkibi bilindi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kikboksinq millimizin ilin ilk yarışında iştirak edəcək tam heyəti bəlli olub.

Oxu.Az-a Azərbaycan Kikboksinq Federasiyasından verilən məlumata görə, komandamız Antalyada keçiriləcək VI Beynəlxalq Türk Açıq turniri adlanan Avropa Kubokunda dörd idmançı ilə mübarizə aparacaq.

Bunlar Akif Quluzadə (-54 kq, gənclər), Anar Məmmədov (-57 kq), Qiyas Şahmərdanov (-60 kq) və Qəşəm Məmmədovdur (-63.5 kq). Bütün idmançılarımız kikboksinqin “low kick” növündə yarışacaq.

Azərbaycandan iki hakim – Aydın Ağabəyov və Anar Məmmədov yarışda ədaləti qorumağa çalışacaq.

Bu yarışda millimizin rəhbəri baş katib və komanda rəisi Sadıx Bağırov olacaq. Millimiz Avropa Kuboku üçün Türkiyəyə sabah səhər saatlarında yola düşəcək. Yarış 9-11 aprel tarixlərində baş tutacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri