7 
Apr
2021
20:30
25
144
2571
yuxarı
Ermənistan Boks Federasiyasının rəsmisi ermənilərin azərbaycanlılarla bağlı yalanını üzə çıxardı
Ermənistan Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Aram Manukyan ermənilərin Azərbaycanla bağlı dediyi yalanları üzə çıxarıb.
Oxu.Az xəbər verir ki, o Ukraynanın Xerson şəhərində SSRİ çempionu Nikolay Manqerin şərəfinə keçirilmiş beynəlxalq turnirdə Azərbaycan millisinin ermənilərlə döyüşməkdən çəkindikləri ilə bağlı yazılanları şayiə adlandırıb.
Federasiya rəsmisi bildirib ki, Azərbaycan millisi ümumiyyətlə bu yarışa qatılmayıb. Komandamızın idmançıları arasında koronavirusa yoluxma halı olduğundan, Ukraynadakı yarışa gedə bilməyib.
Qeyd edək ki, “Telegram”ın erməni kontingenti iki çəki dərəcəsində azərbaycanlı idmançıların püşkatmada ermənilərlə düşməsinə görə yarışda iştirak etmədiyini yazıb.
Səbuhi Musayev
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İdman xəbərləri
18 
Apr
2021
22:21
Hacı Əliyevin əvəzləyicisi Avropa çempionatına erməni ilə güləşlə başlayacaq
250
16
1637
18 
Apr
2021
00:14
“Neftçi” “Zirə”ni darmadağın etdi: “Qarabağ”la fərq bir xal oldu - VİDEO
137
43
2255