Apr
2021
01:07
98
17
4559
Virtual karabakh

Çempionlar Liqasında qonaqların gecəsi - VİDEO

8 Apr, 2021
01:07
4559

Çempionlar Liqasında qonaqların gecəsi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları başa çatıb.

Oxu.Az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

ÇL-in son qalibi “Bavariya” doğma meydanda PSJ-ni qəbul edib. Beş qolun vurulduğu oyunda qonaqlar qələbəyə seviniblər – 3:2.

1/8 final mərhələsində “Yuventus”u mübarizədən kənarlaşdıran Portuqaliyanın “Portu” klubu isə “Çelsi” ilə qarşılaşıb.

İngilislər səfərdə iki cavabsız qola seviniblər.

Xatırladaq ki, ilk oyun günündə “Mançester Siti” (İngiltərə) “Borussiya”ya (Dortmund, Almaniya) (2:1), “Real” (İspaniya) isə “Liverpul”a (İngiltərə) (3:1) qalib gəlib. 

UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
7 aprel

“Bavariya” (Almaniya) – PSJ (Fransa) - 2:3
Qollar: 
Şupo-Motinq, 37. Müller, 60 – Mbappe, 3; 68. Markinyos, 28. 

“Portu” (Portuqaliya) – “Çelsi” (İngiltərə) - 0:2
Qollar:
Maunt, 32. Çiluell, 85.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri