Apr
2021
10:06
81
9
1905
Virtual karabakh

Avropa Liqasında 1/4 final başlayır: “Ayaks” “Roma”ya qarşı

8 Apr, 2021
10:06
1905

Avropa Liqasında 1/4 final başlayır: “Ayaks” “Roma”ya qarşı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Oxu.Az xəbər verir ki, ən maraqlı görüş Amsterdamın Yohan Kroyff adına arenasında keçiriləcək.

Burada “Ayaks” “Roma”nı qəbul edəcək. Niderland klubunda Deyli Blind zədəlidir. Komandanın digər iki qapıçısı – Maarten Stekelenburq zədəli, Andre Onana isə cəzalıdır. “Roma”da itkilər daha çoxdur. Stefan Əl-Şaaravi, Kris Smolinq və Nikolo Zanyolo kimi futbolçular zədə üzündən bu matçı buraxacaq.

Təbii ki, “böyük beşlik” ölkələri baxımından “Qranada” – “Mançester Yunayted” matçı da maraqla gözlənilir. Mançester klubunda Erik Bayi, Fil Cons və Antoni Marsiyalın oynamayacağı dəqiqdir. Əzələ ağrıları olan Xuan Mata və Markus Reşfordun isə oynaması sual altındadır.

Londonun “Emireyts” stadionunda “Slaviya”nın “Arsenal”a hansı sürpriz edəcəyi də az maraq doğurmur. Praqa klubu artıq bundan öncəki iki mərhələdə Britaniyanın iki təmsilçisini – “Lester” və “Reyncers”i mübarizədən kənarlaşdırmağı bacarıb. “Arsenal”da müdafiəçilər – David Luiz və Kiran Tirninin oynamayacağı dəqiqdirsə, norveçli yarımmüdafiəçi Martin Ödeqorun meydana çıxması hələ dəqiq bilinmir. “Slaviya”da baş məşqçi Yindrjix Trpişovski dörd futbolçusunu qeyri-müəyyən səbəbdən oynatmayacaq. Bundan başqa komandanın iki futbolçusu koronavirusa yoluxub, ikisi isə zədəlidir.

Avropa Liqası

1/4 final (ilk oyunlar)

23:00 “Ayaks” (Niderland) – “Roma” (İtaliya)

23:00 “Arsenal” (İngiltərə) – “Slaviya” (Çexiya)

23:00 “Dinamo” (Xorvatiya) – “Vilyareal” (İspaniya)

23:00 “Qranada” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri