Apr
2021
14:24
107
9
2872
Virtual karabakh

Çempionlar Liqasında öz mövqeyində ən çox qol vurmuş futbolçular - Arasında qapıçı da var

8 Apr, 2021
14:24
2872

Çempionlar Liqasında öz mövqeyində ən çox qol vurmuş futbolçular - Arasında qapıçı da var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Çempionlar Liqasının tarixində öz mövqeyində ən çox qol vurmuş futbolçuların adları açıqlanıb.

Oxu.Az məlumat verir ki, siyahıda adı olan 11 futbolçudan dördü artıq karyerasını başa vurub.

Qapıçı mövqeyində üç qolla Almaniya millisinin və “Bayern”in sabiq qolkiperi Hans-Yörq Butt qərarlaşıb.

Müdafiə xəttində ispaniyalı futbolçular dominantlıq edir. Karyerasını başa vurmuş İvan Elquera mərkəz müdafiəçisi olmağına baxmayaraq, rəqib qapılarına 15 dəfə yol tapa bilib.

Eyni göstəriciyə “Barselona” klubunun futbolçusu Jerar Pike də imza atıb.

Madridin “Real” klubunun müdafiəçisi Serxio Ramos da Çempionlar Liqasında 15 dəfə fərqlənə bilib.

Sol cinah müdafiəsi olmuş braziliyalı Roberto Karlosun hesabında isə 16 qol var.

Digər braziliyalı Kaka isə yarımmüdafiə xəttində ən çox qol vuran futbolçulardan biridir. Xüsusən “Milan”dakı karyerası ilə tanınmış futbolçu Çempionlar Liqasında 30 qol vura bilib.

İngiltərə millisinin və “Mançester Yunayted” klubunun sabiq yarımmüdafiəçisi Pol Skoulz 24 dəfə fərqlənməyə imkan tapıb.

Almaniya milli komandasının eks-üzvü, “Bayern”in 31 yaşlı futbolçusu Tomas Müler isə Avropanın ən nüfuzlu klub turnirində 47 dəfə fərqlənib.

Hücumçular arasında ən yüksək nəticə Portuqaliya milli komandasının və “Yuventus”un futbolçusu Kriştianu Ronalduya məxsusdur. 36 yaşlı ulduz Çempionlar Liqasında 134 dəfə qol sevinci yaşayıb.

Onun ən yaxın izləyicisi argentinalı Lionel Messidir. “Barselona”nın 33 yaşlı futbolçusu turnirdə 120 qol vura bilib.

2020-ci ilin ən yaxşı futbolçusu, polşalı Robert Levandovski Çempionlar Liqasında 73 qol vurmağı bacarıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri