Apr
2021
23:24
312
11
1727
Virtual karabakh

19 yaşlı azərbaycanlı qız böyüklər arasında Avropa çempionatının mükafatçısı oldu

8 Apr, 2021
23:24
1727

19 yaşlı azərbaycanlı qız böyüklər arasında Avropa çempionatının mükafatçısı oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan taekvondo üzrə böyüklər arasında Avropa çempionatının ilk günü millimiz üçün uğurlu başa çatıb. 

Oxu.Az xəbər verir ki, bu gün yarışa qatılan dörd taekvondoçudan biri – 46 kq çəki dərəcəsində mübarizəyə qatılan Minayə Əkbərova yarımfinala vəsiqə qazansa da, rəqibi rusiyalı Larisa Medvedevanı məğlub edə bilməyib.

19 yaşlı Minayə yarışın bürünc medalına layiq görülüb. Bu onun böyüklər arasında qazandığı ilk ciddi uğurdur.

Kişilər arasında yarışda Bəhruz Quluzadə (-54 kq) və Pərviz İsgəndərov (-58 kq) ilk döyüşdə məğlub olub. Digər qadın taekvondoçumuz Patimat Abakarova (-49 kq) isə İtaliya təmsilçisi Martina Korelliyə qalib gəlsə də, yarımfinala vəsiqə uğrunda döyüşdə rumıniyalı Liana Mustyataya məğlub olub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri