10 
Apr
2021
11:34
276
13
1871
Virtual karabakh

Azərbaycanlı atlet iki erməni ilə mübarizə aparacaq

10 Apr, 2021
11:34
1871

Azərbaycanlı atlet iki erməni ilə mübarizə aparacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanın daha iki ağırlıqqaldıranı Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında qüvvəsini sınayır.

Oxu.Az xəbər verir ki, 102 kq çəki dərəcəsində mübarizə aparan Əliş Nəzərov artıq B qrupunda mübarizə aparıb. Beşinci olan idmançımızın medal qazanmayacağı dəqiqləşib.

Daha sonra Dadaş Dadaşbəyli güclü A qrupunda körpücük üzərinə çıxacaq. U-23-lər arasında Avropa çempionu olan idmançımızın rəqibləri Sergey Şarankov (Belarus), İrakli Çxeidze (Gürcüstan), David Fisçerov, Vasil Marinov (hər ikisi Bolqarıstan), Arsen Martirosyan, Samvel Qasparyan (hər ikisi Ermənistan) və Fyodor Petrov (Rusiya) olacaq.

Qeyd edək ki, Avropa çempionatına sabah yekun vurulacaq. Daha əvvəl Boyanka Kostova (-59 kq) dördüncü dəfə Azərbaycan adından Avropa çempionu olub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri