10 
Apr
2021
13:52
444
15
3417
Virtual karabakh

Azərbaycanlı idmançı Avropa çempionatında iki medal qazandı - YENİLƏNİB + FOTO

10 Apr, 2021
13:52
3417

Azərbaycanlı idmançı Avropa çempionatında iki medal qazandı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın paytaxtı Moskvada keçirilən ağırlıqqaldırma üzrə kişilər və qadınlar arasında Avropa çempionatında Azərbaycan daha bir medal qazanıb.

Oxu.Az xəbər verir ki, Dadaş Dadaşbəyli təkanla qaldırma hərəkətində 202 kq nəticə göstərib. İdmançımız bu hərəkətdə yeddinci olub.

Toplam 379 kq (177+202 kq) nəticə göstərən Dadaş Dadaşbəyli yekun sıralamada Avropa çempionatının bürünc medalına sahib çıxıb. Beləliklə, o, qitə birinciliyindən bir bürünc və bir kiçik qızıl medalla qayıdacaq.

Xatırladaq ki, daha əvvəl 59 kq çəki dərəcəsində qadınların yarışında Boyanka Kostova iki qızıl (biri kiçik) və bir kiçik bürünc medal qazanmışdı.

12:58

Rusiyanın paytaxtı Moskvada ağırlıqqaldırma üzrə keçirilən Avropa çempionatında azərbaycanlı idmançı Dadaş Dadaşbəyli kiçik qızıl medal qazanıb.

Oxu.Az-ın xəbərinə görə, 102 kq çəki dərəcəsində mübarizə aparan D.Dadaşbəyli A qrupunda birdənqaldırma hərəkətində uğurlu çıxış edib. O, ardıcıl üç ağırlığın öhdəsindən gələrək 170, 174 və 177 kq çəkini başı üzərinə qaldırıb.

Bu nəticə ilə qızıl medal qazanan Dadaş Ermənistan təmsilçiləri ikinci yeri tutan Samvel Qasparyanı və dördüncü olan Arsen Martirosyanı qabaqlayıb.

Qeyd edək ki, az sonra Dadaş Dadaşbəyli təkanla qaldırmada gücünü sınayacaq. 

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri