11 
Apr
2021
01:50
66
44
2899
Virtual karabakh

“Mançester Siti”nin qələbə seriyası öz meydanında qırıldı - VİDEO

11 Apr, 2021
01:50
2899

“Mançester Siti”nin qələbə seriyası öz meydanında qırıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasının XXXI turunda “Lids”lə qarşılaşan “Mançester Siti” 1:2 hesabı ilə məğlub olub.

Bununla “şəhərlilər”in ardıcıl 6 matçlıq qələbə seriyasına son qoyulub.

Bu yenilgiyə baxmayaraq, Pep Qvardiolanın yetirmələri çempionluğa daha yaxındır. Finişə birinci çatmaq üçün mançesterlilərə son 6 matçda cəmi 11 xal toplamaq kifayətdir. Komanda bunu bacararsa, rəqiblərin nəticələrindən asılı olmayaraq, mövsümü çempion kimi tamamlayacaq və 7-ci dəfə qızıl medallara yiyələnəcək.

“Mançester Siti” hazırda ən yaxın izləyicisi “Mançester Yunayted”i 14 xal qabaqlayır. Ancaq ikincilərin ehtiyatında hələ iki görüş var.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri