11 
Apr
2021
01:05
247
75
5330
Virtual karabakh

“El-Klasiko”da üç qol, bir qırmızı vərəqə: “Real” qələbəni əldən vermədi - VİDEO

11 Apr, 2021
01:05
5330

“El-Klasiko”da üç qol, bir qırmızı vərəqə: “Real” qələbəni əldən vermədi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya La Liqasının XXX turu “El-Klasiko” ilə əlamətdar olub.

Turun mərkəzi görüşündə əzəli rəqiblər “Real”la “Barselona” Madriddə üz-üzə gəliblər.

Görüş “Alfredo di Stefano” stadionunda keçirilib.

Matça “Real” erkən qolla başlayıb. Kərim Benzema 13-cü dəqiqədə hesabı açıb.

“Kral klubu” birinci hissənin ortalarında (28-ci dəqiqədə) Toni Kroosun cərimə zərbəsi sayəsində fərqi iki topa çatdırıb.

“Barselona” 60-cı dəqiqədə Oskar Minquezanın qolu ilə hesab arasındakı fərqi azaltsa da, bərabərlik qoluna gücü çatmayıb. Kasemironun 90-cı dəqiqədə qırmızı vərəqə alması da nəticəyə təsir etməyib.

Beləliklə, güclü yağış altında keçirilən görüşdə 2:1 hesablı qələbə qazanan “Real” turnir cədvəlində nəinki əzəli rəqibini geridə qoyub, hətta “Atletiko” ilə xalları bərabərləşdirərək, liderliyə yüksəlib.

Aktivində 65 xalla 3-cü sıraya düşən “Barselona” isə liderlərdən 1 xal geri qalır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri