13 
Apr
2021
15:24
63
62
1887
Virtual karabakh

Koronavirusa görə meydana 7 futbolçu ilə çıxdılar - FOTO

13 Apr, 2021
15:24
1887

Koronavirusa görə meydana 7 futbolçu ilə çıxdılar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kolumbiyanın “Rioneqro Aqilas” klubu futbolçularının koronavirusa yoluxması səbəbilə “Boyako Çiko” komandasına qarşı çempionat oyununa tam heyətlə qatıla bilməyib.

Bu barədə Championat.com məlumat yayıb.

Komandada koronavirusa 21 yoluxma qeydə alınıb ki, bunlardan da 16-sı futbolçular olub. Bundan əlavə zədələr səbəbiylə daha altı oyunçu komanda düşərgəsindən kənar qalıb. Klub həmçinin gənc oyunçularını da heyətə qata bilməyib. “Rioneqro Aguilas” ölkənin futbol federasiyasına oyunu təxirə salmaq istəyi ilə müraciət etsə də, müsbət cavab almayıb.

Nəticədə komanda “Boyaka Çiko” ilə qarşılaşmaya yeddi futbolçu ilə çıxıb. Onlardan ikisi qapıçı olub. Yuxarı liqada qalmaq uğrunda mübarizə aparan komanda meydana iki banerlə çıxıb: ədalətli oyuna çağırış edilib, insan həyatının hər şeydən üstün olduğu vurğulanıb.

İlk hissədə oyunda hesab açılmayıb. 57-ci dəqiqədə “Boyako Çiko” hesabı açıb, daha sonra iki dəfə də fərqlənib. Bundan sonra “Rioneqro”nun heyətində daha bir futbolçu zədələnib və oyun vaxtından əvvəl başa çatıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri