13 
Apr
2021
17:12
80
18
1902
Virtual karabakh

Millimizin baş məşqçisi: “Səfər əleyhimizə işlədi”

13 Apr, 2021
17:12
1902

Millimizin baş məşqçisi: “Səfər əleyhimizə işlədi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxacaq futzal üzrə Azərbaycan millisi məşqlərini gündə bir dəfə olmaqla görüşün keçiriləcəyi Bakı İdman Sarayında davam etdirir.

Oxu.Az xəbər verir ki, zədəli futzalçılar – Tyaqo və Hadi Əhmədi də komandaya qoşulublar.

Baş məşqçi Joze Alesio Da Silva məşqdən sonra azfutzal.az-a Slovakiya ilə görüş, eləcə də komandadakı son durum barədə danışıb:

“Hazırlığa başlayan zaman da bilirdik ki, Slovakiya ilə oyun çətin keçəcək. Onlar qələbə qazanmaqla ikinci pillədəki mövqelərini möhkəmlətmək, həm də Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmək istəyirdilər. Həmin matça ciddi hazırlaşdıq. Təəssüf ki, tam heyətlə səfərə çıxa bilmədik. İtkilərimizlə bərabər, səfər də əleyhimizə işlədi. Təxminən 13 saat yolda olduq. Çətinliklərə baxmayaraq, yaxşı nəticə qazandıq. Buna görə də oyunçularımı təbrik edirəm. Qazandığımız bir xal qrup liderliyini təmin etməyimizə kifayət etdi.

Yunanıstanla oyun öncəsi problemimiz var. Bu da zədəli oyunçularla bağlıdır. Tyaqo Bolinya və Hadi Əhmədinin meydana çıxıb-çıxmayacağını bilmirik. Buna oyun günü qərar verəcəyik. Qalan futzalçılarımız şans veriləcəyi təqdirdə meydana çıxmağa hazırdırlar.

Uşaqlarla söhbətimiz olub. Onlara oyuna ciddi yanaşmaqlarını tapşırdım. Qətiyyən dincəlmək, arxayınlaşmaq olmaz. Bu görüşdəki nəticə bizə reytinq əmsallarını artırmaq baxımından vacibdir. Çətin olacaq, amma ümid edirəm ki, meydanı istədiyimiz nəticə ilə tərk edəcəyik”.

Qeyd edək ki, Azərbaycan – Yunanıstan oyunu sabah saat 19:00-da başlayacaq. Görüş Bakı İdman Sarayında tamaşaçı və mediaya bağlı olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri