14 
Apr
2021
00:22
293
29
3574
Virtual karabakh

Ronaldunun qolunu saymayan hakim AVRO-2020-dən kənarlaşdırıldı

14 Apr, 2021
00:22
3574

Ronaldunun qolunu saymayan hakim AVRO-2020-dən kənarlaşdırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Növbəti ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsindəki Serbiya – Portuqaliya matçında Kriştianu Ronaldunun qolunu hesaba almayan yan xətt hakimi Mario Diks Niderlanddan olan hakimlər briqadasının tərkibindən çıxarılıb.

Sports.ru xəbər verir ki, o, Danni Makkellinin rəhbərlik etdiyi hakimlər heyətində olmayacaq və AVRO-2020 matçlarından kənarda qalacaq.

Xatırladaq ki, Diks Ronaldunun Serbiya yığması ilə qarşılaşmada görüşün son dəqiqələrində vurduğu qolu qeydə almayıb və bununla da, Portuqaliya millisini 3 xaldan məhrum edib. Matç 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, niderlandlı hakimlər briqadasında Mario Diksi Yan de Vris əvəz edəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri