13 
Apr
2021
23:03
200
341
4011
Virtual karabakh

Nazirlər Kabineti dünya çempionatının Bakıda keçirilməsinə icazə verdi

13 Apr, 2021
23:03
4011

Nazirlər Kabineti dünya çempionatının Bakıda keçirilməsinə icazə verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Gimnastika Arenası bir illik fasilədən sonra yenidən beynəlxalq yarışlara ev sahibliyi etməyə hazırlaşır.

Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb. 

Bildirilib ki, COVID-19 pandemiyası səbəbindən təxirə salınan və bu ilin mayında keçirilməsi gözlənilən yarışların təşkilinə həmin tədbirlərin əhəmiyyəti nəzərə alınaraq, Nazirlər Kabinetinin müvafiq qərarı ilə icazə verilib.

Sözügedən yarışlar Tokio-2020 Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan bədii gimnastika üzrə Dünya Kuboku (7-9 may), aerobika gimnastikası üzrə Yaş Qrupları Yarışları (21-23 may) və bu növ üzrə dünya çempionatıdır (27-29 may).

Bu turnirlərin ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, COVID-19 pandemiyasına görə ölkəmizdə görülən təxirəsalınmaz və qabaqlayıcı tədbirlərlə əlaqədar 2020-ci ildə Bakıya həvalə olunmuş 8 beynəlxalq turnirdən yalnız ikisi baş tutub. Digər yarışlar ləğv edilib və ya təxirə salınıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri